Haqqımızda

                                     Alixir Saç Lasyonu

Qalın, gözəl, sağlam saçlar yalnız qadınların deyil, həmçinin bir çox kişinin də arzusudur. Gözəl, dəbdəbəli və sağlam saçlar istisnasız olaraq hər bir insan üçün qürur mənbəyidir. Çox təəssüflər olsun ki, ana təbiət hər insana bu cür üstünlük bəxş etməyib. Lakin, hətta istifadəsinin ilk günündən belə sizə kömək etməyə başlayacaq, 100 % təbii, analoqu olmayan bir vasitə vardır ki, bu, sizə təqdim edəcəyimiz yeni Alixir saç lasyonlarıdır.

 

 

                                           “Alixir” nədir?

Lasyon şəklində istehsal olunan bitki mənşəli bu preparatın əsas məqsədi, zəngin tərkibi sayəsində saçları bərpa etmək, saçların sağlam görünüşünü, parlaqlıq və elastikliyini geri qaytarmaqdır. Alixir lasyonları saç uzanması prosesini stimullaşdırır və kəpəklə mübarizəyə köməklik edir. Bu müasir vasitə saç bərpasını anında, lakin davamlı olaraq bərpa edir.

 Saç bərpası vasitəsinin tərkibi

Lasyonun aktiv komponentləri arasında adaçayı, at şabalıdı, gicitkən, kalendula, aloe ekstraktı, ayıpəncəsi bitkisinin kökü, zəncəfil, mayaotu, yulaf, qərənfil, üzüm çəyirdəyi və kəklikotu vardır. Bütün bu komponentlər saçın bərpası məqsədinə çatmaq üçün çox effektiv vasitə rolunu oynayırlar.

 

 Preparatın fəaliyyət prinsipi

Lasyonun tərkibinə daxil olan komponentlər baş dərisinə tətbiq zamanı saç folikulları və saçın struktur elementləri ilə qarşılıqlı təsirə girir və saçın bərpası və uzanması funksiyasını stimullaşdırır.  Saçların canlı parlaqlığı və elastikliyi üçün lazım olan baş dərisinin həddindən artıq yağlanma və ya əksinə, kifayət qədər yağlanmama prosesinin qarşısını alır, saç tökülməsi, kəpək, göbələk, bakteriya, qaşınma, baş dərisinin qıcıqlanması kimi problemləri aradan qaldırır. Lasyon saçları bərpa edir, gücləndirir, qidalandırır və onlara sağlam parlaqlıq verir. İstifadəsi zamanı baş dərisini hərarətləndirir və başda qan dövranını yaxşılaşdırır.

 

«Alixir» lasyonlarının isitfadəsi üçün göstərişlər

 

 

 

«Alixir» lasyonunun isitfadə təlimatları

60 ml-lik flakonlarda istehsal olunur. Lasyon təmiz və nəm saçlara tətbiq olunur (lakin, siz, saçlarınızı hər gün yuyursunuzsa, o zaman lasyonu quru saça da tətbiq etmək mümkündür, sadəcə bu təqdirdə, 100%-lik yox, 80%-lik nəticə əldə edəcəksiniz), isitfadə zamanı başda istiləşmə və qan dövranı sirkulyasiyası yaranacaq ki, bu da saç köklərinin sağlamlaşması prosesinə kömək edir.

Məhsulun az bir miqdarı yüngül və masaj hərəkətlərilə saç köklərinə paylanır. Sürətli effekt əldə etmək üçün arzuolunan nəticəni alana qədər lasyondan hər gün müntəzəm olaraq istifadə məqsədə uyğundur. Prosedur həyata keçirildikdən sonra, 12 saatdan az olmayaraq, başı yumaq olmaz, əks təqdirdə, istənilən nəticəni əldə etmək mümkün olmayacaq. Müalicə kursu 6 ay davam edir. Bir flakon, gündəlik istifadə ilə 3 həftə və ya 1 ay müddəti boyunca yetərlidir. Gözə təması zamanı soyuq su ilə yaxalayın.

 

 «Alixir» lasyonları Türkiyədə hazırlanıb istehsal edilmişdir.