TƏRKİBİ

Üzüm Çəyİrdəyİ Yağ Ekstraktı

Üzüm çəyirdəyi yağı, tərkibində çoxlu faydalı vitamin və mikroelementlər olduğundan, saçları qidalandırma və bərpa etmə xüsusiyyətlərinə malikdir. Tərkibinə saç köklərinə bolluca hopdurulan 9 vitamin (Е, А, B1, B2, B3, В6, B9, В12 və C) daxildir. Bundan əlavə kalium, natrium, kalsium, dəmir kimi saç üçün faydalı olan mikro və makro elementləri də tərkibində daşıyır. Saç strukturunun bərpası üçün ən vacib elementi isə linol turşusudur. Bundan əlavə, üzüm çəyirdəyi yağı özünün faydalı xassələri ilə baş dərisinə tez hopur və saçda yağlılıq hissi yaşatmır.

At Şabalıdı Yağ Ekstraktı

At şabalıdı yağı, tərkibindəki bronzlaşdırıcı və tannoid maddələri sayəsində saç köklərini möhkəmlədir və bununla da saç tökülməsinin qarşısını alır. Bitkinin tərkibinə daxil olan vitaminlər, sabit yağlar və saponin maddəsi saçlara parlaqlıq və sağlam görünüş verir. Flavonoid, estsil maddələri, E, B qrup vitaminləri, bronzlaşdırıcı maddə, sabit yağlardan ibarət olan at şabalıdı yağı saçları qida maddələri ilə zənginləşdirir, həcm verir, qalınlaşdırır, saç tökülməsinin qarşısını alır və saçın uzanma prosesini stimullaşdıırr. Həmçinin baş dərisində yağlılığı tənzimləyir, kəpəkdən qurtulmağa kömək edir.

MİXƏK Yağ Ekstraktı

Mixək yağı kosmetologiyada uzun müddətdir tətbiq edilir və onun istifadəsi mükəmməl xassələri sayəsində saç strukturunun və baş dərisinin bərpasına gətirib çıxarır. Bu efir yağının stimullaşdırıcı özəlliyi baş dərisinə qan axınını gücləndirir, saç folikullarını faydalı maddələrlə qidalandırır və saçların uzanması və parlaqlaşması üçün uyğun şərait yaradır. Bundan başqa, mixək yağı başda müxtəlif tip yara və zədələrin öhdəsindən mükəmməl gəlir. Antibakterial təbii vasitə kimi mixək yağ ekstraktı özünü saç köklərində həddindən artıq yağlanma və kəpəklə göstərən iltihab problemlərinin öhdəsindən gəlməyə də kömək edir.

GÜLÜMBAHAR Yağ Ekstraktı

Gülümbahar qədim yunanlar tərəfindən geniş isitfadə olunan, müalicəvi xassələrə malik qədim dərman bitkilərindəndir. Gülümbahar antiseptik, soyuqdəyməyə qarşı effektiv, antibakterial və müalicəvi xassələri ilə məşhurdur. Tərkibində, xüsusilə də ləçəklərində olan bioloji flavanoidlər və tündləşdirici maddələr, bu bitkinin yağ ekstraktının xalq təbabətində istifadəsinə geniş şərait yaradır. Karoten və pektinlər gülümbahar yağının böyük hissəsini təşkil edir. Bu maddələr baş dərisi və saçlara qulluq üçün çox önəmlidir. Gülümbahar yağı saçları gücləndirir, onların uzanmasını sürətləndirir, qalınlaşdırır, parlaqlıq və həcm verir.

Aloe Yağ Ekstraktı

Aloe yağ ekstraktı özünün müalicəvi xassələri sayəsində artıq uzun zamandır quru və zədələnmiş saçların müalicəsində, eləcə də, saçların daha da gözəlləşməsi və elastik olması üçün saça qulluq vasitəsi kimi də istifadə olunur. Aloe ekstraktı təbii antioksidan tərkibli C, E və B qrup vitaminlərlə zəngin tərkibə, həmçinin, saçların uzanmasında bioloji stimulyator rolunu oynayan allantoin və beta- karoten kimi faydalı mikroelementlərə malikdir. Bundan əlavə, tərkibinə müxtəlif minerallar, zülallar, polisaxaridlər, fermentlər və amin turşuları da daxildir. Aloe yağ ekstraktı saçları yumşaldır, maddələr mübadiləsini yaxşılaşdırır, möhkəmlədir, uzanmasını sürətləndirir, parlaqlıq və elastiklik verir.

Zəncəfİl Yağ Ekstraktı

Zəncəfildən saç üçün istifadə etmək ənənəsi Şərqdən, daha dəqiq, Hindistandan gəlir. Bu bitkinin ana kökü qan dövranını stimullaşdıran efir yağlarından ibarətdir. Bir çox müalicəvi xassəyə malik olan zəncəfil daha çox isitmə prosesinə əsaslanır. Zəncəfil kökünün tərkibi A və C vitaminlərindən, yağ turşuları, lazımi amin turşuları, bir sıra kalsi kimi minerallar və bir çox başqa faydalı maddələrdən ibarətdir. Zəncəfil kökünün tərkibinə daxil olan ən heyrətamiz birləşmə isə zingeberendir. Saç dərisinə təması zamanı, saş köklərinin qidalandırmasını yaxşılaşdırması sayəsində, dərialtə qan dövranını aktivləşdirir. Qan dövranı aktivləşdiyi zaman saç kökləri, orqanizmanın özünün təmin edə biləcəyi əlavə bütün vitamin və mikroelementləri, faydalı maddələri birbaşa zəncəfildən sorur.

Gİcİtkən otu Yağ Ekstraktı

Tikanlı və yandırıcı təsirə malik gicitkən otunun saç üçün möcüzəvi faydaları hələ qədim zamanlardan məlumdur. Tərkibində çoxlu proteinlər, vitaminlər və silisium turşusu olan bu ot, saçları qidalandırmaq və uzatmaq üçün də əliverişli təsirə malikdir. Gicitkən otunun tərkibində, həmçinin, qaraldıcı və antibakterial komponentlər olduğundan və dezinfeksiya edici xassəyə malik olduğundan kəpək və seyrəkləşməyə qarşı da istifadə olunur. Saç dərisini yumşaldır və qaşınmanı aradan qaldırır. Sağlam saçlar üçün də faydalı sayılır, belə ki, saça tətbiqi zamanı baş dərisində qoruyucu pərdə yaradır və saçların qırılmasının, nazikləşməsinin qarşısını alır.Gicitkən yağ ekstraktı qan dövranını gücləndirir, saç köklərini proteinlə zənginləşdirir və saçın aktiv uzanması üçün şərait yaradır.

Yulaf otu Yağ Ekstraktı

Xalq təbabəti yulafın müalicəvi xassələrindən bir çox xəstəliklərdən qurtulmaq üçün isitfadə edir. Yulaf yağ ekstraktı baş dərisini sakitləşdirən, yumşaldan fosfolipidlər, glikolipidlər və bü cür adlandırılan "qütblü lipidlər"lə zəngindir.Yulaf yağ ekstraktı yulafın quru toxumunda olan çoxlu faydalı xassələrə, həmçinin, vacibli omeqa yağlarınını yüksək konsentrasiyasına və antioksidantlara malikdir. Tərkibində olan Omeqa - 6 və Omeqa - 9 yağ turşularının sayəsində yulaf yağ ekstraktı saçlara parlaqlıq və elastiklik gətirir. Yulaf otu həssas və zədələnmiş dərilər üçün sakitləşdirici təsirə malikdir və baş dərisiniə sürətlə nüfuz edib saçları faydalı minerallar və vitaminlərlə qidalandırır. Allergiya, qıcıqlanma və soyuqdəyməyə qarşı olan təsirə malikdir.

Maya otu Yağ Ekstraktı

Maya otu hələ çox qədim zamanlardan özünün möhkəmləndirici xüsusiyyətlərinə görə saçlar üçün istifadə olunur. Qədim Romada maya otunu həddindən artıq saç tökülməsinə qarşı, həmçinin kəpək və keçəlləşməyə qarşı müxtəlif məhlullar, yağ və digər şəkillərdə istifadə edirdilər. Maya otunun tərkibində aktiv lupulin maddələri, bir sıra askorbin, tanin, humulin və valerian turşuları, həmçinin trimetilamin, təbii saqqız, kolin və tanin maddələri də vardır. Ənənəvi kosmetologiyada maya otu yağ ekstraktı saç bərpası və saç uzatma vasitələrinə daxildir. Maya otu yağ ekstraktı baş dərisi və saçlarda yağlılıq balansını bərpa edir, epidermisdə metobolik prosesləri yaxşılaşdırır, həmçinin, saç tökülməsinin və kəpəyin qarşısını alır. Yağ ekstraktının tərkibindəki flavonoidlər, piy vəzilərinin işini normallaşdırır, K vitamini və amin turşuları isə saç köklərini möhkəmlədir və saç strukturunu təkmilləşdirir.

Atpıtrağı Yağ Ekstraktı

Atpıtrağı bitkisi əsrlər boyu saçlara qulluq, həmçinin, saç tökülməsinə qarşı olan təbii bir vasitə kimi istifadə olunmuşdur. Atpıtrağı bitkisinin kökündən hazırlanan bu ekstrakt təbii inulin, palmitin və stearin turşuları, efir və yağ zülalları, protein, tanin maddəsi,mineral duz və vitaminlərlə zəngindir. Bütün bu maddələr saç uzanmasını stimullaşdırır, kəpəyi aradan qaldırır, baş dərisi qıcıqlanmasını azaldır və bütünlüklə baş dərisinin vəziyyətini yaxşılaşdırır. Nəticədə, saçlar daha qalın, parlaq və güclü hala gəlir. Atpıtrağı bitkisinin yağ ekstraktı, xüsusilə tərkibində olan fitosterol maddəsi sayəsində, saç köklərinin və piy vəzilərinin funksiyalarını normallaşdırır.

Adaçayı Yağ Ekstraktı

Adaçayı bitkisinin müalicəvi xassələri hələ birinci misir faraonları nəslinin vaxtından məlumdur. Tibbi nöqteyi nəzərdən, dərman sürvəsi bitkisinin ən güclü təsirə malik maddəsi - güclü təbii antibiotik olan salvin maddəsidir. Üzvi mənşəli turşuların konsentrasiyasından yaranan bu qarışım bir sıra mikrob və mikroorqanizmlərə effektiv təsir göstərir. Adaçayı antibakterial, anti-allergik, göbələyə qarşı və antiseptik xüsusiyyətlərə malikdir. Bu bitki maqnezium, sink, kalium, B və C vitaminlərinin mənbəyi hesab olunur. Adaçayı bitkisinin yağ ekstraktı büzüşdürücü xassəyə malikdir və baş dərisində pH- ı normal səviyyədə saxlamağa kömək edir, baş dərisində həddindən artıq quruluğun və ya yağlılığın qarşısını alır. Antibakterial xüsusiyyəti sayəsində adaçayı yağ ekstraktı göbələk infeksiyalarının qarşısını alır, kəpəyə qarşı uğurlu mübarizə aparır. Həmçinin, saç folikullarını bərpa edir və saçların uzanmasına kömək edir, saç tökülməsinin və vaxtından əvvəl keçəlləşmənin qarşısını alır.

Kəklİkotu Yağ Ekstraktı

Kəklikotunun unikal müalicəvi xassələri haqqında ilk dəfə Dioskorid və Hippokrat qeyd etmişlər, lakin ilkin geniş isitfadəsinə misir təbabətçilərinin infeksiyon xəstəliklərə qarşı tətbiqi ilə başlanılmışdır. Kəklikotu yağ ekstraktı özündə aşağıdakı faydalı xassələri daşıyır: yaranın tez sağalmasına kömək edir, iltihaba qarşı xeyirlidir, antibakterial xassəyə malikdir, kosmetologiyada və xalq təbabətində kifayət qədər geniş isitfadə olunur. Kəklikotu yağ ekstraktı bütün növ dəri və saçlara uyğundur. Lakin zəif, zədələnmiş və seyrək saçlar üçün xüsusi faydalıdır. Saç strukturunu kökündən uclarına qədər möhkəmləndirir, saçlara sağlam parlaqlıq və elastiklik verir.